Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ-də korporativ iflaslar ilin birinci rübündə 0,9 faiz azalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2025-ci ilin birinci rübünə dair Avropada şirkətlərin iflas və qeydiyyat bülletenini yayımlayıb.
Avrostat-ın məlumatına görə, 2025-ci ilin ilk rübündə Avropa İttifaqı (Aİ) ölkələrində iflas müraciəti edən şirkətlərin sayı ötən ilin son rübü ilə müqayisədə 0,9% azalıb. Qeydiyyatdan keçən şirkətlərin sayı isə 5,1% azalıb.
2025-ci ilin ilk rübündə əvvəlki dövrlə müqayisədə iflas müraciətlərində ən yüksək artım Yunanıstanda 35,9%, İsveçdə 22,7% və Estoniyada 20,4% ilə qeydə alınıb. Ən böyük azalma isə Kiprdə 70% və Maltada 66,6% ilə baş verib.
Sektorlar üzrə təhlilə görə, iflaslar əsasən yerləşdirmə və qida xidməti, informasiya və kommunikasiya, təhsil və sosial xidmət sahələrində artıb. Nəqliyyat və tikinti sektorlarında isə azalma müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!