Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) dərmanlarda tədarük çatışmazlığını aradan qaldırmaq və Avropada vacib dərmanların istehsalını təmin etmək üçün qanunvericilik hazırlayıb.
Banco.az xəbər verir ki, Aİ Komissiyası vacib dərmanların Aİ ölkələrində əlçatanlığını artırmaq məqsədilə hazırlanmış Vacib Dərmanlar Qanunu təklifi ilə bağlı açıqlama yayıb.
Açıqlamada təklifin dərmanlarda təchizat zəncirini şaxələndirməyi, Aİ-də dərman istehsalını artırmağı və insan sağlamlığını qorumağı hədəflədiyi vurğulanıb. Bu qanun vasitəsilə Aİ dərman sektoruna dəstək veriləcəyi qeyd edilib.
Açıqlamada qanunun bazarlarda tapılmayan və ümumi fayda verəcək dərmanlara çıxışı yaxşılaşdıracağı bildirilib.
Həmçinin, dərmanlarda xarici asılılığın azaldılmasının hədəfləndiyi xatırladılaraq, xüsusilə məhdud sayda tədarükçü, istehsalçı və ya ölkədən təmin edilən dərmanlar və aktiv tərkib hissələri baxımından Aİ-nin daha dayanıqlı hala gətirilməsinin məqsəd olduğu qeyd edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!