Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) depozit faizini 25 bənd azaldaraq 2,50 faizə endirib.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) iyun ayından bu yana altıncı dəfə faiz dərəcələrini aşağı salıb və endirim prosesinin sonuna yaxınlaşıldığına işarə edib.
ECB əmanət faizini 25 baza bəndi azaldaraq 2,50%-ə endirib.
Bank overnayt kredit faiz dərəcəsini də 2,90%-ə salıb.
Qərar mətnində ECB faizlərin əhəmiyyətli dərəcədə daha az məhdudlaşdırıcı hala gəldiyini vurğulayıb.
ECB açıqlamasında bildirib ki, "Faiz endirimləri yeni borclanmanı şirkətlər və ailələr üçün daha əlverişli edir və kredit artımını sürətləndirir. Bununla belə, maliyyələşdirmə şərtlərinin yumşalmasına mane olan əsas amillərdən biri əvvəlki faiz artımlarının hələ də kredit bazarına təsir etməsi və ümumilikdə kreditlərin aşağı səviyyədə qalmasıdır."
Bizi sosial şəbəkələrdən izləyin!!