Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı Komissiyasının “Avropa İqtisadi Proqnozları Qış 2023” hesabatı dərc olunub.
Banco.az xəbər verir ki, “İnflyasiyanın azalması ilə artımda gecikmiş bərpa” başlıqlı hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,5 faiz, 2024-cü ildə 0,9 faiz, 2025-ci ildə 1,7 faiz artacağı proqnozlaşdırılıb.
Hesabatda Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,5 faiz, 2024-cü ildə 0,8 faiz, 2025-ci ildə isə 1,5 faiz artacağı proqnozlaşdırılıb.
Avropa Komissiyasının əvvəlki “Payız” hesabatında Aİ-nin 2023-cü ildə 0,6 faiz, 2024-cü ildə 1,3 faiz, 2025-ci ildə 1,7 faiz, Avrozonanın isə 2023-cü ildə 0,6 faiz, 2024-cü ildə 1,2 faiz və 2025-ci ildə 1,6 faiz artacağı təxmin edilirdi.
Bu da o deməkdir ki, Aİ və Avrozonanın artım proqnozları aşağıya doğru yenidən nəzərdən keçirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!