Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının sözçüsü Olof Gill Aİ-ABŞ razılaşmasının prinsipcə son mərhələsinin yeni başladığını söyləyib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ), Aİ Komissiyası rəhbəri Ursula fon der Leyenin bazar günü ABŞ Prezidenti Donald Trampla apardığı telefon danışığından sonra ABŞ ilə ticarət sazişinin çərçivəsinə yaxınlaşıldığını açıqlayıb.
Aİ-nin sözçüsü Olof Gill bu gün Brüsseldə jurnalistlərə verdiyi açıqlamada Leyen ilə Tramp arasında yaxşı bir fikir mübadiləsinin baş verdiyini bildirib. Gill qeyd edib ki, Aİ ilə ABŞ ən azı prinsipial razılaşma baxımından artıq "oyunun sonunun başlanğıcındadırlar".
Aİ-nin gömrük rüsumları 50 faizə çatmadan əvvəl ABŞ ilə ticarət sazişi imzalaması üçün 9 iyul tarixinədək vaxtı var.
Tramp isə ABŞ-ın demək olar ki, bütün ticarət tərəfdaşlarına gömrük rüsumları tətbiq etdiyini, yerli istehsalı artırmaq istədiyini və digər ölkələrin ABŞ-dan sui-istifadəsinin qarşısının alınmalı olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!