Aviasiya sənayesində neyromüxtəliflik dövrü başlayır | Banco.az

Aviasiya sənayesində neyromüxtəliflik dövrü başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Emirates” daha inklüziv uçuş təcrübəsi təklif etmək üçün yeni eranın açılışını edir.

Banco.az xəbər verir ki, aviasiya sektoru neyromüxtəliflik mövzusunda məlumatlılığıı artırmaq üçün inqilabi bir addım atır. 

Beynəlxalq Sertifikatlaşdırma və Davamlı Təhsil Standartları Şurası (IBCCES) “Emirates” hava yolları şirkətini Otizm Sertifikatı ilə təltif edərək sektorda mühüm bir dönüş nöqtəsi yaradır. Bu yenilik xüsusi ehtiyacları olan sərnişinlər üçün aviasiya təcrübəsini daha əhatəli hala gətirməyi hədəfləyir.

2025-ci ildən etibarən 30.000-dən çox ekipaj heyəti və yer personalı spektrdəki sərnişinlərin ehtiyaclarını anlamaq və onlara dəstək olmaq üçün geniş təlimdən keçəcək. Təlim duyğu siqnallarını tanımağa, fərdi ehtiyaclara uyğunlaşmağa və səyahət müddətində fasiləsiz bir təcrübə təqdim etməyə yönəlib.

Bu yeniliklər yalnız personal təlimi ilə məhdudlaşmır; təyyarədaxili xidmətlərdən tutmuş qeydiyyat proseslərinə qədər bir çox sahədə sərnişinlər üçün xüsusi düzəlişlər ediləcək. Məsələn, duyğu bələdçiləri sayəsində sərnişinlər səfər zamanı qarşılaşa biləcəkləri mühitləri əvvəlcədən öyrənərək stres və qeyri-müəyyənliyi minimuma endirə biləcəklər. Əlavə olaraq, təyyarədə istifadəyə veriləcək stres azaldıcı oyuncaqlar və duyğu köməkçi vasitələr də təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu təşəbbüs aviasiya sektorunu daha əlçatan etmək səylərinin bir hissəsidir. 2023-cü ilin dekabrında Dubay Beynəlxalq Hava Limanının Sertifikatlaşdırılmış Otizm Mərkəzi kimi tanınması ilə başlayan proses daha əhatəli bir səyahət təcrübəsi təqdim etməyi hədəfləyir.

Yeniliklər yalnız xüsusi ehtiyacları olan şəxslər üçün deyil, aviasiyanın hər kəs üçün daha əlçatan bir təcrübəyə çevrilməsi üçün atılmış mühüm bir addım kimi ön plana çıxır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram