Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb | Banco.az

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu yaxşılaşdırıb.

ADB Azərbaycanda real ÜDM-in 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağını proqnozlaşdırıb. Bu isə əvvəlki qiymətləndirmələrlə müqayisədə 0,8 faiz bəndi çoxdur.

    Ümumilikdə, ADB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 % səviyyəsində qiymətləndirir.

    Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya üzrə iqtsadi artımın 2024-cü ildəki 5,7 % -dən, 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə düşəcəyi proqnozlaşdırılıb.

    ADB bunu sözügedən ölkələrdə zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlaması ilə izah edib.