Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəətlə başa vurub.
Banco.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 29 milyon 190 min manat və ya 3 dəfə azdır.
Hesabat ilində ASCO-nun gəlirləri 78 milyon 792 min manat və ya 15% azalaraq 445 milyon 403 min manata enib.
2025-ci il yanvarın 1-nə ASCO-nun aktivləri 1 milyard 826 milyon 603 min manat olub ki, bu da 1 il əvvəllə müqayisədə 89 milyon 151 min manat və ya 5,1% çoxdur.
Hesabat dövründə qurumun cəmi öhdəlikləri 253 milyon 605 min manat və ya 82,9% artaraq 559 milyon 495 min manata yüksəlib.
Balans kapitalı isə 164 milyon 454 min manat və ya 11,5% azalaraq 1 milyard 267 milyon 108 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!
