ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 9% artırıb | Banco.az

ARDNF daşınmaz əmlak fondlarına investisiyaları 9% artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak fondlarına investisiyaları 4 milyard 564 milyon 772 min manat təşkil edib.

Banco.az Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,1% çoxdur.

2023-cü ilin eyni dövründə bu göstərici 4 milyard 182 milyon 407 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə daşınmaz əmlak fondlarına investisiyaların Fondun aktivlərindəki payı 4,4%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram