"Amrahbank" ASC-nin adi sənədsiz səhmləri dövlət qeydiyyatına alınıb.
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.1.1.-ci maddəsi və “İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”nın 4.47.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) 179 saylı 09 dekabr 2015-ci il tarixli Əmri ilə “Amrahbank” açıq səhmdar cəmiyyətinin QKDK tərəfindən 17 fevral 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış (qeydiyyat №-si AZ1001005169) hər birinin nominal dəyəri dəyəri 100 (bir yüz) manat olan 43 165 (qırx üç min yüz altmış beş) ədəd adi səhmlərinin buraxılışı baş tutmamış hesab edilib..