AMB depozit hərracında 100 mln. manat cəlb edib | Banco.az

AMB depozit hərracında 100 mln. manat cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə 100 mln. manatlıq növbəti depozit hərracını keçirib. 

AMB-yə istinadən xəbər verilir ki, hərracda tələb 369,7 mln. manat təşkil edib. 

Başqa sözlə, tələb təklifi 3,7 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01 % təşkil edib.

Mənbə: Report.az