6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib | Banco.az

6 ayda nağd xarici valyutanın alışı satışını 482 milyon dollar üstələyib

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 

Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin 6 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 482 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3.8 faiz bəndi azalaraq 2026-cı ilin iyununda 25.6%-ə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram