Müəllif:Ayşən İmanova/Banco.az
Almaniya Ukraynanın enerji infrastrukturunun bərpası üçün əlavə 170 milyon avro ayıracaq.
Banco.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreyt bildirib.
O vurğulayıb ki, Bundestaq Ukraynaya hərbi dəstək üçün ayrılan maliyyənin təxminən 400 milyon avro artırılmasına razılıq verib.
"Bu, Ukrayna silahlı qüvvələrini effektiv şəkildə gücləndirəcək əlavə hava hücumundan müdafiə sistemləri, tanklar, pilotsuz təyyarələr, döyüş sursatları və ehtiyat hissələri almağa imkan verəcək", - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi yekunlaşdırıb.
Qeyd edilib ki, münaqişə nəticəsində Ukrayna şəhərlərinə və infrastrukturuna ciddi ziyan dəyib. Buna görə də Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına yardım edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!