"Alibaba" artıq "OpenAI" ilə rəqabətə hazırdır | Banco.az

"Alibaba" artıq "OpenAI" ilə rəqabətə hazırdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Alibaba Group”un Qwen tətbiqi yenidən istifadəyə verildikdən sonrakı həftə ərzində 10 milyondan çox dəfə yüklənib ki, bu da OpenAI-ın ChatGPT tətbiqi ilə rəqabət aparmaq üçün uzunmüddətli səylərin xoş əlamətidir.

Banco.az xəbər verir ki, “Alibaba” WeChat-də yüklənmə sayını açıqladıqdan sonra Çinli e-ticarət nəhənginin səhmləri 5 faizdən çox artıb. Daha əvvəl iOS və Android platformalarında mövcud olan “Alibaba” tətbiqi bu ay yenidən adlandırılıb və yenilənərək “Qwen” brendi altında xidmətlər birləşdirilib.

“China Everbright Securities International Co.”-nun strateqi Kenni Nq bildirib: “Qwen tətbiqinin şirkətin gələcək dəyərində mühüm rol oynayacağı gözlənilir – istər öz istehlakçı biznesini canlandırmaq üçün bir vasitə kimi istifadə edilsin, istərsə də başqa cür. Bazar həmçinin bunu OpenAI-ın dəyərinə münasibətdə bir göstərici kimi mühüm addım hesab edir.”

“Alibaba”nın fintech şirkəti “Ant Group”un süni intellekt köməkçi tətbiqi olan LingGuang ötən həftə istifadəyə verildikdən cəmi dörd gün sonra bir milyondan artıq dəfə yüklənib.

“Alibaba” mərhələli şəkildə onlayn alış-verişi dəstəkləmək üçün vasitəçi süni intellekt funksiyalarını tətbiq etməyə başlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram