Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Komissiyası bəzi rəqəmsal qaydaların sadələşdirilməsini əhatə edən “paket qanun” təklifini açıqlayıb.
Banco.az xəbər verir ki, açıqlamada bildirilib ki, Süni İntellekt Qanununun effektiv şəkildə tətbiqi cəmiyyət, təhlükəsizlik və fundamental hüquqlar üzərində müsbət təsir göstərəcək.
Süni İntellekt Qanununun problemsiz şəkildə qüvvəyə minməsi üçün təlimat və dəstəyə ehtiyac olduğuna diqqət çəkilən açıqlamada Komissiyanın Süni İntellekt Qanununun yüksək riskli sistemlərə dair qaydalarının təxirə salınmasını təklif etdiyi qeyd olunub.
Açıqlamada “Aİ Komissiyası yüksək riskli süni intellekt sistemlərini tənzimləyən qaydaların tətbiqinin dəstək mexanizmlərinin əlçatanlığına bağlanmasını təklif edir” ifadəsi yer alıb.
Həmçinin bildirilib ki, süni intellektin yüksək riskli istifadəsinə dair qaydalarla bağlı zaman qrafikinin maksimum 16 aya qədər uzadılması təklif olunur.
Təklifin qüvvəyə minməsi üçün üzv ölkələrin və Avropa Parlamentinin (AP) təsdiqi tələb olunur.
Aİ Süni İntellekt Qanunu 1 avqust 2024-cü ildə qüvvəyə minib. Süni intellektdən istifadə ilə bağlı mərhələli şəkildə sərt qaydalar tətbiq edən qanunun müxtəlif müddəaları fərqli vaxtlarda qüvvəyə minirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
