Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qərar qəbul edib.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen sosial media hesabında etdiyi paylaşımda Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya vətəndaşlarına və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlərin uzadıldığını açıqlayıb.
Aİ-nin Rusiyaya təzyiqləri artırdığına diqqət çəkən fon der Leyen, "Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü səbəbindən təxminən 2 min 400 şəxsə və quruma qarşı tətbiq olunan sanksiyaları uzadırıq" ifadəsini işlədib.
O, sanksiya siyahısında olan şəxslərə səyahət qadağasının tətbiq edildiyini, əmlaklarının dondurulduğunu və maliyyə vəsaitlərinin göndərilməsinin qadağan edildiyini xatırladıb.
Avropa İttifaqı ölkələrinin qəbul etdiyi qərara əsasən, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradan şəxsləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlər 15 sentyabr tarixinədək uzadılıb.
Fərdi sanksiyaların hər 6 aydan bir yenilənməsi tələb olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!