Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” “Ray-Ban”ın istehsalçısı “EssilorLuxottica”da 3,5 milyard dollarlıq pay alıb.
Banco.az xəbər verir ki, "Meta Platforms Inc." dünyanın ən böyük eynək istehsalçısı olan "EssilorLuxottica SA" şirkətindən azlıq payı alaraq ABŞ texnologiya nəhənginin sürətlə böyüyən ağıllı eynək sənayesindəki fəaliyyətlərini sürətləndirib.
“Facebook” platformasını da əhatə edən “Meta” “Ray-Ban” markasının istehsalçısı olan “EssilorLuxottica” şirkətindən təxminən 3,5 milyard dollar dəyərində, şirkətin 3%-nə bərabər pay alıb. Bloomberg-ə danışan mənbələrə görə, “Meta” bu payı zamanla 5%-ə qədər artırmağı planlaşdırır.
“Meta”nın bu sərmayəsindən sonra “EssilorLuxottica” səhm dəyəri Paris birjasında son üç ayın ən yüksək artımını yaşayıb. Bernstein analitiklərinin fikrincə, “Meta” ilə inkişaf edən əməkdaşlıq, həm eynək istehsalçısına olan inamın, həm də ağıllı eynəklər kateqoriyasındakı imkanların göstəricisi kimi qiymətləndirilməlidir.
Bizi sosial şəbəkələrdən izləyin!!