Ağ Ev Hindistan və Çinin Rusiyadan neft alışını azaltdığını açıqlayıb | Banco.az

Ağ Ev Hindistan və Çinin Rusiyadan neft alışını azaltdığını açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

Hindistan ABŞ prezidenti Donald Trampın tələbi ilə Rusiyadan neft alışını azaldıb . 

Banco.az xəbər verir ki,bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit mətbuat konfransı zamanı bildirib .

"Dövlət başçısı həmçinin Avropa ölkələrini, müttəfiqlərimizi Rusiya neftinin alınmasını dayandırmağa çağırır. Biz bilirik ki, Hindistan da prezidentin xahişi ilə eyni şeyi edib",- deyə Ağ Evin mətbuat katibi deyib.

Onun sözlərinə görə, Hindistandan sonra Çin də Rusiya neftinin alışını azaltmağa başlayıb.