Ağ Ev elan etdi: Çinə tariflər 245 faizə çatdı | Banco.az

Ağ Ev elan etdi: Çinə tariflər 245 faizə çatdı

Ağ Ev Çinə tətbiq edilən bəzi idxal rüsumlarının 245 faizə çatdığını açıqlayıb.

Banco.az xəbər verir ki,  Ağ Ev rəsmisi Çindən idxal olunan məhsullara tətbiq edilən tarif dərəcələrinə aydınlıq gətirib.

Qurum rəsmisi qeyd edib ki, 125 faizlik qarşılıqlı tariflərə 20 faizlik fentanil tarifləri və 301-ci maddədəki tariflər daxildir və bu gömrük rüsumları məhsuldan asılı olaraq 7,5 faizlə 100 faiz arasında dəyişir.

Elektrikli nəqliyyat vasitələri və enjektorlar kimi məhsulların 301-ci maddə ilə 100 faiz gömrük rüsumuna məruz qaldığını qeyd edən qurum rəsmisi bu məhsullara fentanil tarifi və qarşılıqlı tariflərin də tətbiq edildiyini və bununla da ümumi gömrük rüsumunun 245 faizə çatdığını bildirib.