ABŞ Venesuelanın enerji sektoruna tətbiq etdiyi sanksiyaları yumşaldıb | Banco.az

ABŞ Venesuelanın enerji sektoruna tətbiq etdiyi sanksiyaları yumşaldıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Venesuelanın enerji sektoruna tətbiq etdiyi sanksiyaları yumşaldıb.

Banco.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi Venesuelada neft və qaz sektorunda aparılan fəaliyyətlərlə bağlı bəzi əməliyyatlara, eləcə də ölkədə enerji sahəsinə yönəlmiş şərtli investisiya müqavilələrinin müzakirə edilməsinə icazə verib.

ABŞ Xəzinə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) yayımladığı iki ümumi lisenziya əsasında Venesuelanın enerji sektoruna tətbiq olunan sanksiyalarda məhdud yumşalma həyata keçirilib.

Birinci ümumi lisenziya çərçivəsində daha əvvəl qadağan edilmiş yeni neft və təbii qaz yatırımları ilə bağlı axtarış, inkişaf və ya hasilat fəaliyyətləri üçün şərtli müqavilələrin OFAC-dan ayrıca razılıq alınması şərti ilə müzakirə edilməsi və imzalanmasına icazə verilib.

Ümumi lisenziyada Rusiya, İran, Şimali Koreya, Kuba və Çin mərkəzli şəxslər və ya qurumlarla bağlı əməliyyatların, həmçinin sanksiya siyahısında yer alan aktivlər və ya gəmilər vasitəsilə həyata keçirilən fəaliyyətlərin bu icazənin əhatə dairəsinə daxil olmadığı xüsusi olaraq vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram