ABŞ Polşaya 4 milyard dollar kredit ayırıb | Banco.az

ABŞ Polşaya 4 milyard dollar kredit ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ Polşaya silah alınması üçün 4 milyard dollar kredit ayırıb.

Banco.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində bildirib.

Kredit müqaviləsi ABŞ ilə Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində bağlanılıb.

Nazir qeyd edib ki, bu, Vaşinqtonun ümumi məbləği 11 milyard dollar olan növbəti belə kreditidir.

Qeyd edək ki, ABŞ Polşanın əsas müdafiə tərəfdaşıdır. Varşava ondan F-35 döyüş təyyarələri, hücum helikopterləri, "Patriot" hava hücumundan müdafiə sistemləri alır.