Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Energetika Nazirliyi, Pensilvaniya və Ohayo ştatlarındakı nüvə elektrik stansiyalarında güc genişləndirilməsi və modernləşdirmə səylərini maliyyələşdirmək üçün "Vistra" şirkətinə 4,2 milyard dollara qədər şərti kredit ayırıb.
Banco.az xəbər verir ki,Nazirliyin açıqlamasında bildirilir ki, Enerji Dominantlığının Maliyyələşdirilməsi Ofisi tərəfindən verilən kredit öhdəliyinin daha etibarlı enerji təchizatına, elektrik şəbəkəsinin gücləndirilməsinə, xərclərin azaldılmasına və artan elektrik enerjisinə tələbatın ödənilməsinə töhfə verəcəyi gözlənilir.
Bəyanatda layihələr çərçivəsində təxminən 4 giqavatt etibarlı baza yük elektrik enerjisi istehsalı gücü qorunub saxlanılacağı və bu gücün 3 milyondan çox ev təsərrüfatının elektrik enerjisinə olan ehtiyacını ödəmək üçün kifayət edəcəyi qeyd edilib.
Bəyanatda həmçinin elektrik enerjisinə artan tələbatı ödəmək üçün 433 meqavatlıq yeni nüvə gücünün istifadəyə veriləcəyi də açıqlanıb.
İnvestisiyaların mühəndislik, tikinti və planlaşdırılan təmir işlərində təxminən 3000 layihə ilə əlaqəli iş yerini dəstəkləməsi, eyni zamanda minlərlə daimi və yüksək maaşlı iş yerini qoruması gözlənilir.
Həmçinin qeyd edilib ki, investisiyalar elektrik stansiyalarının mövcud əməliyyat lisenziyalarından əlavə 20 il fəaliyyət göstərməsinə dəstək verəcək.
