ABŞ İrana qarşı dəniz blokadasına başladığını elan etdi | Banco.az

ABŞ İrana qarşı dəniz blokadasına başladığını elan etdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ ordusu İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum imkanlarını zəiflətmək məqsədilə yeni hava zərbələri endirdiyini açıqlayıb.

Banco.az xəbər verir ki,ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabı vasitəsilə məsələ ilə bağlı açıqlama yayıb.

Vaşinqton İran limanları və sahil ərazilərinə qarşı dəniz blokadasının tətbiq ediləcəyini də bəyan edib.

Bəyanatda deyilir: "CENTCOM, İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək imkanlarını zəiflətməyə davam etmək üçün bu gün Şərq vaxtı ilə saat 15:00-da İrana qarşı əlavə hava hücumu təşkil etdi."