Kanada Bankı faiz dərəcələrini dəyişməz saxlayıb | Banco.az

Kanada Bankı faiz dərəcələrini dəyişməz saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kanada Bankı faiz dərəcələrini dəyişməz saxlayıb.

Banco.az xəbər verir ki, Kanada Mərkəzi Bankı iqtisadiyyatın bərpa əlamətləri göstərməsi və neft qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqlərinin zəifləməsi fonunda uçot dərəcəsini ardıcıl altıncı iclasında da dəyişməyərək sabit saxlayıb.

Mərkəzi Bankın sədri Tiff Maklemin rəhbərlik etdiyi qurumun İdarə Heyəti çərşənbə günü keçirilən iclasda əsas faiz dərəcəsini 2,25 faiz səviyyəsində saxlayıb. Bu qərar "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların və bir gecəlik svop bazarındakı investorların gözləntiləri ilə üst-üstə düşüb.

Kanada Mərkəzi Bankının pul siyasəti hesabatında qeyd olunub ki, "Bir il davam edən zəiflikdən sonra Kanada iqtisadiyyatı bərpa əlamətləri göstərməyə başlayıb."

Hesabatda bildirilir ki, qarşıdakı dövrdə iqtisadi artımın sürətlənəcəyi, inflyasiyanın isə son pik səviyyəsindən tədricən aşağı düşəcəyi gözlənilir. Bununla yanaşı, iqtisadi qeyri-müəyyənliyin hələ də yüksək olaraq qaldığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram