Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın xarici ticarət kəsiri iyun ayında 16 faiz azalaraq 60,2 milyard dollara enməklə 2023-cü ilin sentyabrından bəri ən aşağı səviyyəyə çatıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi iyun ayına dair xarici ticarət proqnozlarını açıqlayıb.
Buna əsasən, ölkənin xarici ticarət kəsiri iyun ayında əvvəlki ayla müqayisədə 16% azalaraq 60,2 milyard dollara enib.
2023-cü ilin sentyabr ayından bəri ən aşağı səviyyəyə düşən xarici ticarət kəsiri ilə bağlı bazar gözləntisi bu dövrdə 62,6 milyard dollar olacağı istiqamətində idi. ABŞ-ın xarici ticarət kəsiri may ayında 71,7 milyard dollar olmuşdu.
Ölkənin ixracı iyun ayında əvvəlki ayla müqayisədə 0,5% azalaraq 277,3 milyard dollara düşüb və son 5 ayın ən aşağı səviyyəsini qeydə alıb. İdxal da eyni dövrdə 3,7% azalaraq 337,5 milyard dollara enib və 2024-cü ilin mart ayından bəri ən aşağı səviyyəsinə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!