ABŞ-ın tarifləri bu ölkədə 100 min insanı işsiz qoya bilər | Banco.az

ABŞ-ın tarifləri bu ölkədə 100 min insanı işsiz qoya bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın tarifləri Cənubi Afrikada 100 000 insanı işsiz qoya bilər.

Banco.az xəbər verir ki, Cənubi Afrika Mərkəzi Bankının sədri Lesetja Kganyago yerli "Radio 702" radiostansiyasına verdiyi açıqlamada bildirib ki, ABŞ-ın gələn aydan tətbiq edəcəyi 30 faizlik əlavə gömrük rüsumu Cənubi Afrikada kənd təsərrüfatı və avtomobil sənayesinə ciddi zərər verə bilər.

Kganyago qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın aprel ayında açıqladığı əlavə gömrük rüsumu qərarı hələ qüvvəyə minməsə də, bu qərar artıq Cənubi Afrikadan ABŞ-a avtomobil ixracında 80 faizdən çox azalmaya səbəb olub.

O, xüsusilə az ixtisaslı işçi qüvvəsinin üstünlük təşkil etdiyi kənd təsərrüfatı sektorunda yeni gömrük tarifinin dağıdıcı təsirləri ola biləcəyini vurğulayıb və əlavə edib: “Əgər alternativ həll yolları tapılmasa, bunun məşğulluğa təsiri 100 min nəfərə çata bilər.”

Rəsmi məlumatlara görə, 2024-cü ildən bəri ABŞ, Cənubi Afrikanın ikinci ən böyük ticarət tərəfdaşıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram