ABŞ-ın elektrik enerjisinə tələbatı 5 il ərzində 16 faiz artacaq | Banco.az

ABŞ-ın elektrik enerjisinə tələbatı 5 il ərzində 16 faiz artacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın elektrik enerjisinə tələbatı 5 il ərzində təxminən 16 faiz artacaq.

Banco.az xəbər verir ki, baş ofisi Vaşinqtonda yerləşən enerji sektoru üzrə konsaltinq şirkəti olan “Grid Strategies” ABŞ-ın enerji tələbatı ilə bağlı hesabat dərc edib.

Hesabatda bildirilib ki, 2029-cu ilə qədər ölkə üzrə elektrik enerjisinə tələbatın 15,8 faiz artacağı gözlənilir.

Vurğulanıb ki, bunda əsas faktor data mərkəzlərinə və istehsala investisiyalar olub.

Tələbin etibarlı və sərfəli şəkildə ödənilməsi üçün böyük miqyaslı ötürücü investisiyalara ehtiyac olduğu qeyd edilən hesabatda qeyd edilib ki, bu, 128 giqavatlıq yeni enerji tələbatının ödənilməsində on milyardlarla dollara qənaət etməyə imkan verə bilər.

Hesabatda həmçinin süni intellektin yüksəlişinin məlumat mərkəzlərinin böyüməsini sürətləndirdiyinə diqqət çəkilib. Bundan əlavə, hesabatda qeyd olunub ki, ekstremal hava hadisələrinin tezliyi və şiddətinin artması bir çox regionlarda rekord tələblərə səbəb olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, siyasətçilər və şəbəkə planlayıcıları elektrik enerjisinə tələbatın artımını qarşılamağa hazır olmaq üçün bu amilləri nəzərə almalıdırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram