ABŞ federal hökuməti fəaliyyətini qismən dayandırdı | Banco.az

ABŞ federal hökuməti fəaliyyətini qismən dayandırdı

ABŞ-də 30 yanvar yerli vaxtla gecə yarısına qədər ölkədəki əksər federal qurumların maliyyələşdirilməsini təmin edən müvəqqəti büdcənin müddəti başa çatıb.

Banco.az xəbər verir ki, senat tərəfindən təsdiqlənmiş büdcə paketi isə hələ qanunvericilik prosesini tam başa vurmayıb.

Senat Müdafiə, Nəqliyyat, Mənzil və Şəhərsalma, Səhiyyə və İnsan Xidmətləri, Əmək və Təhsil nazirliklərinin sentyabr ayına qədər maliyyələşdirilməsini nəzərdə tutan qanun layihələrini, eləcə də Daxili Təhlükəsizlik Departamenti üçün iki həftəlik müvəqqəti büdcəni qəbul edib. Lakin Nümayəndələr Palatası bu həftəsonu toplanmayacağı üçün sənədlərin vaxtında təsdiqlənməsi mümkün olmayacaq. Bu isə federal hökumətin qismən bağlanmasına səbəb olub.

Senatda keçirilən səsvermədə büdcə paketi 71 səs əleyhinə 29 səslə qəbul edilib. Qanun layihələrinə edilən dəyişikliklər səbəbindən sənəd yenidən Nümayəndələr Palatasına göndərilib.

Büdcə paketinin qanuna çevrilməsi üçün Nümayəndələr Palatasının təsdiqi və ABŞ Prezidenti Donald Trampın imzası tələb olunur. Bununla belə, əksər federal qurumların xərcləmə səlahiyyəti artıq yerli vaxtla gecə yarısında başa çatıb.