ABŞ-dən Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq F-35 satışı | Banco.az

ABŞ-dən Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq F-35 satışı

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-dən Səudiyyə Ərəbistanına 24,3 milyard dollarlıq F-35 satışı.

Banco.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə satış çərçivəsində Səudiyyə Ərəbistanına 48 ədədə qədər F-35 qırıcı təyyarəsinin tədarükü planlaşdırılır.

ABŞ Dövlət Departamenti bildirib ki, təklif olunan satış “Körfəz regionunda siyasi sabitlik və iqtisadi tərəqqi üçün güc mənbəyi olan NATO-ya üzv olmayan mühüm müttəfiqin təhlükəsizliyini artırmaqla” ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.

“Lockheed Martin Corp.” şirkətinin Səudiyyə Ərəbistanına qırıcı təyyarə satışı uzun illərdir gündəmdə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram