ABŞ-da yeni ev satışları ötən ay proqnozları keçib | Banco.az

ABŞ-da yeni ev satışları ötən ay proqnozları keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da yeni mənzil satışları avqust ayında 20,5 faiz artaraq gözləntiləri üstələyib.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi avqust ayına dair yeni mənzil satış statistikalarını açıqlayıb.

Məlumata görə, ölkədə yeni mənzil satışlarının sayı avqustda mövsümi düzəlişlərlə aylıq müqayisədə 20,5 faiz artaraq 800 min olub.

Bazar gözləntisi yeni mənzil satışlarının 650 min olması istiqamətində idi. Bu dövrdə yanvar 2022-dən bəri ən yüksək səviyyəsinə çatan yeni mənzil satışları iyul ayında isə 1,8 faiz azalaraq 664 minə enmişdi.

Ölkədə yeni mənzil satışları avqust ayında illik müqayisədə də 15,4 faiz artıb.

ABŞ-da ötən ay satışa çıxarılan yeni mənzillərin orta satış qiyməti isə illik 1,9 faiz artaraq 413 min 500 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram