ABŞ-da istehsalçı qiymətləri ucuzlaşıb | Banco.az

ABŞ-da istehsalçı qiymətləri ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında ABŞ-da istehsalçı qiymətləri proqnozların əksinə olaraq aylıq 0,5 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, ABŞ-da istehsalçı qiymət indeksi aprel ayında aylıq əsasda 0,5% azalıb. Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə 0,2% artım olacağı istiqamətində idi.

Qida və enerji istisna olmaqla istehsalçı qiymətləri də 0,4% azalıb.

İllik istehsalçı inflyasiyası isə 2,4% səviyyəsində olub. Proqnoz 2,5% səviyyəsində idi.

ABŞ iqtisadiyyatına dair digər mühüm göstərici pərakəndə satışlar olub. Piyasalarda dəyişiklik gözlənilmədiyi halda, aprel ayında satışlar 0,1% artıb.

İşsizlik müavinəti üçün müraciətlərin sayı isə 229 min olub və bu da proqnozlara uyğun gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegra