ABŞ-da ipoteka müraciətləri yenidən artıb | Banco.az

ABŞ-da ipoteka müraciətləri yenidən artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka müraciətləri həftəlik 12,5% artaraq üç həftə ardıcıl azalmalara son qoyub.

Banco.az xəbər verir ki, İpoteka Bankaları Assosiasiyası (MBA) 6 iyun tarixi ilə başa çatan həftəyə dair ipoteka (ev krediti) müraciətləri ilə bağlı məlumatları açıqlayıb.

MBA-nın məlumatına görə, ipoteka müraciətləri əvvəlki həftə ilə müqayisədə 12,5% artıb.

Bununla da, ardıcıl üç həftə davam edən ipoteka müraciətlərindəki azalma 6 iyun etibarilə sona çatıb.

Son bir həftədə yaşayış evi almağa yönəlmiş müraciətlər 10%, yenidən maliyyələşdirmə (refinansman) müraciətləri isə 16% artım göstərib.

Ölkədə 30 illik ipoteka üçün orta faiz dərəcəsi ötən həftə 6,92%-dən 6,93%-ə yüksəlib. 15 illik ipoteka üzrə orta faiz isə 6,25%-dən 6,16%-ə enib.

MBA-nın vitse-prezidenti Coel Kan iqtisadiyyatda davam edən qeyri-müəyyənliyə baxmayaraq, ev alıcılarının bəzi bazarlarda yumşalmış mənzil təklifindən (inventory) faydalandığını qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram