ABŞ-da ipoteka müraciətləri iki ilin ən yüksək səviyyəsindədir | Banco.az

ABŞ-da ipoteka müraciətləri iki ilin ən yüksək səviyyəsindədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka müraciətləri indeksi 9,4 faiz artıb.

Banco.az xəbər verir ki, ABŞ-da mənzil almaq üçün edilən ipoteka müraciətləri borclanma xərclərində dəyişiklik olmasa da, 2023-cü ilin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb.

İpoteka Bankçılar Assosiasiyasının (MBA) məlumatına görə, 4 iyulda başa çatan həftədə MBA-nın ipoteka müraciətləri indeksi %9,4 artıb. Eyni zamanda, MBA-nın yenidən maliyyələşdirmə göstəricisi də oxşar templə artaraq aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

Məlumatlar mövsümi təsirlərdən təmizlənmiş olsa da, Müstəqillik Günü kimi bayram həftələrində statistik rəqəmlərdə kəskin dalğalanmalar müşahidə oluna bilər.

Bütün bu artımlara baxmayaraq, həm ipoteka, həm də refinans göstəriciləri pandemiya öncəsi səviyyələrin xeyli aşağısındadır.

30 illik sabit faizli ipoteka müqavilə faiz dərəcəsi isə ötən həftə yalnız 2 baza bəndi azalaraq 6,77%-ə düşüb.

İqtisadçılar və daşınmaz əmlak mütəxəssisləri bildirirlər ki, yüksək qiymətlər səbəbilə zəifləmiş mənzil bazarının dirçəlməsi üçün davamlı şəkildə azalan maliyyələşmə xərcləri zəruridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram