Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da ipoteka müraciətləri 0,2 faiz azalıb.
Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyasının (MBA) açıqladığı 5 iyulda başa çatan həftənin ipoteka məlumatlarına görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 0,2 faiz azalıb.
Bu dövrdə mənzil almaq üçün müraciətlər 1 faiz artıb, yenidən maliyyələşdirmə müraciətləri isə 2 faiz azalıb.
Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi sözügedən həftə 7,03 faizdən 7 faizə enib. Bu dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 6,56 faizdən 6,63 faizə yüksəlib.
MBA-nın vitse-prezidenti və baş iqtisadçı müavini Coel Kan bildirib ki, son vaxtlar ipoteka faizlərinin artması tələbi yavaşlatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!