ABŞ-da ipoteka faiz dərəcələri iki ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-da ipoteka faiz dərəcələri iki ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faiz dərəcələri iki ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, İpoteka Bankları Assosiasiyasının (MBA) açıqladığı 11 oktyabrda sona çatan həftənin ipoteka məlumatlarına görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 17 faiz azalıb.

Bu dövrdə ev almaq üçün müraciətlər 7 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 26 faiz azalıb.

Ölkədə 30 illik ipotekanın orta faiz dərəcəsi ötən həftə 6,36 faizdən 6,52 faizə yüksəlib. Həmin dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi 5,71 faizdən 5,94 faizə çatıb.

“MBA”nin vitse-prezidenti Coel Kan bildirib ki, ipoteka faiz dərəcələri ardıcıl üçüncü həftədir ki, artım göstərib və 30 illik ipoteka üçün orta faiz dərəcəsi avqust ayından bəri ən yüksək səviyyəyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram