Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da aylıq inflyasiya 0,2 faizlə proqnozlara uyğun gəlməyib.
Banco.az xəbər verir ki, ABŞ-da fevral ayında aylıq inflyasiya 0,2 faiz olaraq qeydə alınıb.
“Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların proqnozuna əsasən, aylıq inflyasiyanın 0,3 faiz olacağı gözlənilirdi.
Fevral ayında illik inflyasiya da 2,8 faiz səviyyəsində olub və gözləntilərdən aşağı nəticələnib.
Əsas inflyasiya göstəriciləri də proqnozlardan aşağı qalıb.
Aylıq əsasda qida və enerji istisna olmaqla istehlak qiymətləri fevral ayında 0,2 faiz artıb. Bu göstərici üçün gözlənti isə 0,3 faiz idi.
İllik əsas inflyasiya da 3,1 faiz olaraq qeydə alınıb və 3,2 faizlik proqnozlardan aşağı olub.
Əsas inflyasiya göstəricisi 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!