Dünya birjalarında neft ucuzlaşır.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar azalaraq 45,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,16 dollar azalaraq 46,47 dollar olub.
Neftin ucuzlaşmasına ABŞ-da “qara qızıl” ehtiyatlarının artması səbəb olub.
Mənbə: Apa.az