ABŞ 1 sentlik sikkə istehsalına son qoyur | Banco.az

ABŞ 1 sentlik sikkə istehsalına son qoyur

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Xəzinədarlığının iqtisadi cəhətdən səmərəsiz olduğu üçün bir sentlik sikkələri artıq çap etməyəcəyi bildirilir.

Banco.az xəbər verir ki, Amerika mediasına açıqlama verən Xəzinə Nazirliyi rəsmiləri ABŞ Zərbxanasına bu ay sonuncu dəfə 1 sentlik sikkə sifarişinin verildiyini və bu metal pulun istehsalının dayandırılacağını təsdiqləyiblər.

Material xərcləri nəzərə alınaraq verilmiş bu qərarla Xəzinənin ildə təxminən 56 milyon dollar qənaət edəcəyi qeyd olunub.

Zərbxana rəsmiləri bildiriblər ki, bu sikkənin istehsal xərci nominal dəyərindən yüksəkdir — 1 sentlik sikkənin istehsalı üçün 3,7 sent xərclənir.

ABŞ Prezidenti Donald Tramp isə fevral ayında Xəzinə Nazirliyi rəsmilərinə 1 sentlik sikkənin istehsalını dayandırmaq barədə göstəriş verdiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram