Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2026-cı ilin birinci yarısını 250 milyon 556 min manat xalis mənfəətlə başa vurub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin xalis mənfəəti illik müqayisədə 95 milyon 84 min manat və ya 61,2% artıb.
Hesabat dövründə ABB-nin aktivləri 2025-ci ilin sonu ilə müqayisədə 12,3% artaraq 15 milyard 304 milyon 532 min manata bərabər olub.
Bankın kredit porfeli isə 7 milyard 601 milyon 968 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 521 milyon 985 min manat və ya 7,4% çoxdur.
Qeyd edək ki, ABB-nin depozit porfeli iyun ayının sonuna 9 milyard 257 milyon 94 min manat təşkil edib. Bunun da 3 milyard 893 milyon 804 min manatı fiziki şəxslərin depozitləri, 5 milyard 363 milyon 290 min manatı isə hüquqi şəxslərin depozitləri olub.


Bizi sosial şəbəkələrdən izləyin!!
