Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ilin birinci rübünü 65 milyon 664 min manat xalis mənfəətlə başa vurub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 14 milyard 329 milyon 641 min manata bərabər olub. Bu, ötən ilin sonu ilə müqayisədə 5,1% çoxdur.
Bankın kredit porfeli isə 6 milyard 468 milyon 907 min manat təşkil edib. Bu da 2024-cü ilin sonu ilə müqayisədə 118 milyon 107 min manat çoxdur.
Qeyd edək ki, ABB-nin depozit portfeli cari ilin 31 mart tarixinə 10 milyard 128 milyon 401 min manata yüksəlib. Bankın depozit portfeli 121 milyon 859 min manat və ya 1,2% artıb. Bunun da 2 milyard 718 milyon 891 min manatı fiziki şəxslərin depozitləri, 7 milyard 409 milyon 510 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!