Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi 2026-cı ilin yanvar-aprel aylarında ərzaq məhsullarına 10 milyard 175.9 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% çoxdur.
Məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,5 manatlıq, o cümlədən 272,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,5 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
