Banco.az portalı İcbari Sığorta Bürosuna istinadən 2015-ci ilin yanvar ayı ərzində həyata keçirilmiş sığorta ödənişlərini təqdim edir. Beləliklə cari ayda "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,718 sığorta tələbi üzrə 1,954,193 manat məbləğində sığorta üzrə ödəniş edilmişdir. Ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş ödənişlərin zərərin növü üzrə bölgüsü aşağıdakı kimi olmuşdur:
Nəqliyyat vasitəsinə dəyən zərər üzrə |
Əmlaka dəyən zərər üzrə |
Sağlamlığa dəyən zərər üzrə |
Şəxsin ölümü üzrə |
Cəmi |
|||||
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
Say |
Məbləğ |
1,611 |
1,743,769 |
40 |
56,424 |
47 |
54,000 |
20 |
100,000 |
1,718 |
1,954,193 |
Yanvar ayında İcbari Sığorta Bürosu tərəfindən 5 kompensasiya tələbi üzrə 20,750 manat məbləğində kompensasiya ödənişi həyata keçirmişdir.
Cari ildə 65,933 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunmuşdur. Bunların 16,7 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil etmişdir. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,1 milyon manata yaxın olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 30,3 %, sığorta haqlarının məbləğində 35,7 artım müşahidə edilmişdir.