“2024-cü ilin ilk günlərini yaşayırıq. Bizə ünvanlanan suallar içərisində minimum əməkhaqqının artırılması ilə bağlı sorğular da var. Nəzərə alsaq ki, son illər cənab prezidentin imzaladığı sərəncamlarla minimum əməkhaqqıda artımlar qeydə alınıb. Bütövlükdə son 5 ildə Azərbaycanda minimum əmək haqqı 2,7 dəfə artıb və bu da birbaşa son illər minimum əmək haqqının artırılması ilə bağlı sərəncamların imzalanması ilə əlaqədardır”.
Banco.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, minimum əmək haqqıdakı artımlar büdcə paketi ilə deyil, cənab prezidentin imzaladığı sərəncamlarla reallaşıb:
“Büdcə paketində sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar var. Həm birbaşa sosial istiqamətə ayrılan vəsaitin həcmi 4,6 milyard manata yaxın olaraq müəyyənləşib. Bu da əvvəlki ilə müqayisədə daha çoxdur. Bütövlükdə büdcə xərclərinin 45%, cari xərclərin 70%-i sosial istiqamətə yönəldiləcək və o baxımdan fiskal gəlirlərimizdən asılı olaraq 2024-cü ildə də minimum əmək haqqı daxil olmaqla digər sosial istiqamətlərdə qərarların veriləcəyi gözlənilir.
Bu baxımdan, təbii ki, minimum əmək haqqıdakı artım birbaşa sosial sosial istiqamətdə atılan addımların bir elementi olaraq fiskal gəlirlərimizdən asılı olacaq. Fiskal gəlirlərimiz minimum əmək haqqı ilə bağlı qərarın verilməsi üçün əsas faktor olaraq qalmaqdadır. Amma bütövlükdə 2024-cü ildə sosial paketin dərinləşəcəyi gözləniləndir. Pensiyalardakı artım sosial yardımdakı artımlarla yanaşı, eyni zamanda digər istiqamətlərdə artımların həyata keçiriləcəyi gözlənilir”.
Bizi sosial şəbəkələrdən izləyin!!