2018-ci il innovativ ölkələrin reytinqi tərtib edilmişdir | Banco.az

2018-ci il innovativ ölkələrin reytinqi tərtib edilmişdir

Bloomberg agentliyi müntəzəm olaraq hər il ən innovativ ölkələrin reytinqini tərtib edir. Onun 2018-ci ilin hesabatında ölkələrin innovativ inkişafına görə yerdəyişmələri daha çox diqqəti cəlb edir.

“Bloomberg İnnovation İndex”in siyahısındakı ölkələr ekspertlər tərəfindən elmi-tədqiqat fəaliyyəti, biznes, istehsalat və təhsillə birbaşa əlaqəsi olan 7 meyar, kriteriya üzrə dəyərləndirmişdir. Buraya elmi tədqiqat fəaliyyəti və onun sıxlığı, istehsalata əlavə edilmiş dəyər, məhsuldarlıq, təhsilin səmərəliliyi, yüksək texnoloji müəssisə və şirkətlərin konsentrasiyası və qeydiyyata alınmış patentlərin sayı daxildir.

Reytinə 5 ildir ki, dalbadal ardıcıl olaraq Cənubi Koreya liderlik edir. İsveç və Sinqapur 2-ci və 3-cü yerləri bölüşdürürlər. Qeyd edim ki, Sinqapur ötən il 2017-ci il reytinqində tutduğu 6-cı yerdən il ərzində 3 pillə irəliləməyi bacarmışdır. Rusiya Federasiyası reytində ötən illə müqayisədə(26-cı yer) 1 pillə irəliləməyi bacarmış və 25-ci yerdə qərarlaşmışdır.

Qeyd edim ki, İnnovativ ölkələrin reytinqində 2017-ci illə müqayisədə 2018-ci ildə 1 illik zaman kəsiyində 4 ballıq yüksəlişlə ən yüksək göstəricini Türkiyə və İtaliya bacara bilmişdir.

digitalazerbaijan.az