Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 175.4 mln. ABŞ dolları dəyərində pomidor ixrac edib. Bu, illik müqayisədə 20 milyon dollar və ya 12.9% çoxdur.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında pomidor ixracının ümumi dəyəri 155.4 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40.9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26.6 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
