10 000 manatlıq əmanət hansı bankda daha çox gəlir gətirir? | Banco.az

10 000 manatlıq əmanət hansı bankda daha çox gəlir gətirir?

Araşdırma: Gülnar Əhmədli, Banco.az

Hazırda banklar müştərilərə müxtəlif faiz dərəcələri ilə əmanətlər təklif edirlər. Bu səbəblə əmanət yatırmaqla hansı bankdan daha çox gəlir əldə edəcəyinizi hesabladıq.

Məbləğ 10 000 manat olarsa, ən yüksək gəlir əldə edə biləcəyiniz banklar arasında AFB Bank, Bank VTB, Leobank, Bank of Baku, Bank Avrasiya var. Bu banklar illik (faizlər aylıq ödənilməklə) 10,75-12% arasında gəlirlilik təklif edirlər. Bu da 1 ilin sonunda 1075-1200 manat arasında gəlir deməkdir.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 1-dən etibarən fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ayadək olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azad edilib. Həmçinin fiziki şəxslərin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilib.

Tam siyahı aşağıdakı kimidir:

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram