Maliyyə sektorunun liderlərindən olan "Parabokt" ASC "Aparıcı marketinq mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir, sizə uğurlu karyera qurmaq və şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.
Əsas vəzifələr:
· Şirkətin marketinq strategiyasını və siyasətini həyata keçirmək;
· Partnyor şirkətlərin nümayəndələri, kreativ agentliklər ilə danışıqlar aparmaq;
· TV, radio, bilbord və s. ənənəvi reklamların yerləşdirilməsi, effektivliyinin ölçülməsi və nəticəsinin analizi;
· Kütləvi informasiya vasitələrində press-relizlərin yerləşdirilməsi, media ilə əlaqələrin aparılması;
· PR layihələrin hazırlanması və icrası;
· Effektiv marketinq kampaniyaları hazırlamaq, təqdim etmək, nəticələrini analiz etmək;
· Sosial media platformalarının marketinq planına uyğun icrasına nəzarət etmək;
· Şirkətin korporativ stil və brendbukuna uyğun olaraq dizayn vizuallarının yaradılmasına birbaşa nəzarət etmək;
Namizədə olan tələblər:
· Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
· Ali təhsil (marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar ixtisaslar üzrə)
· Mükəmməl Azərbaycan dili (ingilis dili arzuolunandır)
· Komanda ilə işləmək bacarığı, analitik düşünmək, nəticə yönümlü, davamlı təkmilləşmə
· MS Office proqramlarında işləmək bacarığı;
· Marketinqin əsasları, kreativ yanaşma, analiz və təhliletmə
Ə/h: Razılaşma yolu ilə
İş yeri və qrafik:
- İş vaxtı 09:00 – 18:00
- İş günü: Bazar ertəsi - cümə
- İş yeri: Səməd Vurğun küç. 60
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Aparıcı marketinq mütəxəssisi" başlığI ilə vakansiya@parabokt.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.