Yelo Bank
Biznes kreditlərin anderraytinqi üzrə Mütəxəssis\Aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması;
- Kredit risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi;
- Kreditləşməni tamamlamaq və qərar vermək üçün kredit memorandumunun yoxlanılması, qərarın verilməsi, kredit risklərinin müəyyənləşdirilməsi və kredit müraciəti üzrə rəyin hazırlanması;
- Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə ali təhsil;
- Biznes bankçılığı və maliyyə təhlili üzrə ən azı 2 il iş təcrübəsi;
- Yüksək səviyyəli analitik bacarıqlar;
- MS Office proqramlarında yaxşı bilik;
- Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri orta səviyyədə;
- Ünsiyyət qurma qabiliyyəti;
- Komandada işləmə bacarığı.