Vakansiya haqqında məlumat
"GL" ASC (Sizin Lombard) Çağrı Mərkəzi üçün Rəhbər (Manager) vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinin gündəlik fəaliyyətinin effektiv və səmərəli idarə olunması;
- Müştəri xidmətləri strategiyasının hazırlanması və həyata keçirilməsi, müştəri məmnuniyyətinin davamlı artırılması;
- Çağrıların idarə olunması proseslərinin (daxil olan və çıxan zənglər, şikayətlərin cavablandırılması, sorğuların emalı və s.) təşkili və təkmilləşdirilməsi;
- Komandanın idarə olunması, işçilərin inkişafı, motivasiyası və performansının qiymətləndirilməsi;
- Əsas performans göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, izlənməsi və məqsədlərə nail olunmasına nəzarət;
- Müştəri müraciətlərinin və şikayətlərinin analizi, təhlil əsasında inkişaf planlarının hazırlanması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Çağrı Mərkəzi proseslərinin avtomatlaşdırılması, innovativ həllərin tətbiqi üçün təşəbbüslərin irəli sürülməsi;
- Digər struktur bölmələrlə effektiv əməkdaşlığın təmin edilməsi.
Tələblər:
✔️ Müvafiq sahə üzrə azı 2-3 il rəhbər vəzifədə iş təcrübəsi (çağrı mərkəzi rəhbərliyi və ya müştəri xidməti idarəetməsi sahəsində təcrübə üstünlükdür);
✔️ Ali təhsil (biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat, menecment və ya digər uyğun ixtisaslar üzrə);
✔️ Güclü liderlik və komanda idarəetmə bacarığı;
✔️ Strateji düşüncə, qərarvermə və problem həll etmə bacarığı;
✔️ Yüksək kommunikasiya və təqdimat bacarıqları;
✔️ Müştəri yönümlü yanaşma və xidmət keyfiyyətinə xüsusi diqqət;
✔️ Analitik təhlil aparmaq və hesabatlar hazırlamaq bacarığı;
✔️ MS Office proqramları və çağrı mərkəzi proqram təminatları ilə işləmə bacarığı.
Təklif etdiklərimiz:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Dinamik və dəstəkləyici iş mühiti.
Maraqlanan namizədlər CV-lərini "Çağrı Mərkəzi Rəhbəri" başlığı ilə vakansiya@glasc.az ünvanına göndərə bilərlər.