Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi | Banco.az
Bank BTB

Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC  Biznesin inkişafı və marketinq departamenti, Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

İş barədə məlumat:

  • Kredit məhsullarının rəsmiləşdirilməsi prosesini həyata keçirir;
  • Müvafiq struktur bölmələri ilə birgə yeni yaradılan kredit məhsullarının rəsmiləşməsi    prosesinə dair təkliflər verir;
  • Bankdaxili sənədlərə əsasən səlahiyyətli  şəxslər/orqanlar/qurumlar tərəfindən verilməsi təsdiqlənmiş kreditlərin Azərbaycan Respublikasının qanunvericiliyinə eləcə də Bankın daxili qaydalarına uyğun  rəsmiləşməsini təmin edir;
  • Müvafiq struktur bölmələri ilə birgə kreditlərin rəsmiləşməsi prosesinin daha effektli təşkili ilə bağlı təkliflər verir;
  • Müştərilərin kredit dosyelərini komplektləşdirir, sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyi və bankdaxili qaydalara uyğun toplanmasını və hazırlanmasını təmin edir;
  • Kredit moduluna məlumatları daxil edir;
  • Girovun (ipotekanın) dövlət reyestrində qeydiyyatı üçün müraciətlər hazırlayır;
  • Səlahiyyətli şəxsin, Şöbə rəhbərinin və Departament direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

 

Namizədə tələblər:

  • Ali təhsil;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Kollektivdə ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
  • Yüksək məsuliyyət hissi;
  • Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
  • Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində)  cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Biznesin inkişafı və marketinq departamenti, Əməliyyatların inzibatiləşdirilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi)  göstərməyiniz xahiş olunur.